
İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
Gununsesi.info xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus “RİA Novosti”yə bildirib.
“Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib”, – Yonatan-Leus vurğulayıb.
Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.
Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.
Gununsesi.info