
İsrailin Azərbaycandakı səfirliyi gender əsaslı zorakılığa (GƏZ) qarşı 16 Günlük Fəallıq kampaniyasına start verilməsi ilə bağlı paylaşım edib.
Səfirliyin rəsmi “Twitter” səhifəsində ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin videomüraciəti yayımlanıb.
“Bu gün sizinlə müharibə barədə danışmaq istəyirəm. Mən gender əsaslı zorakılığa son qoymağı hədəf alan müharibədən bəhs edirəm. Bu müharibə dünya əhalisinin ən azı 50 faizinə birbaşa təsir edir”, – deyə qeyd edilib.
"Today I want to talk to you about the war.
This war directly affects at least 50% of the world population." – Ambassador @georgedeek#orangetheworld #16Days @UN_Women pic.twitter.com/4ZGh5jaMzz— Israel in Azerbaijan (@IsraelinAZ) November 25, 2020