
Avropa İttifaqı makromaliyyə yardımı çərçivəsində Gürcüstana 100 milyon avro məbləğində vəsait ayırıb.
Gununsesi.info xəbər verir ki, məbləğin 95 milyon avrosu güzəştli kredit, 5 milyon avrosu isə qrantdır.
Yardımın böyük hissəsi 75 milyon avro olmaqla Gürcüstan hökumətinin COVID-19 pandemiyası ilə mübarizə proqramlarına yönəldiləcək.
Qeyd olunu ki, Avropa İttifaqının Gürcüstana ayırmış olduğu məbləğ İordaniya və Moldova üçün 400 milyon avroluq makro-maliyyə yardım paketinin bir hissəsidir.
Gununsesi.info