İsraildə koronavirusa yoluxanların sayı 550 minə çatır

  • By arzu
  • 18 Yanvar 2021 11:35

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 825 nəfər yoluxub.

 

Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 547 689 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 460 596 nəfəri sağalıb, 3 989 nəfəri isə vəfat edib.

Gununsesi.org