İsrail Vaşinqtona söz verdi: “Bu, davam edəcək”

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İsrailin blokada altında olan Qəzza zolağında xəstəxanalara hücumlarını şərh edib.

Gununsesi.info xəbər verir ki, ABŞ müşavirinin sözlərinə görə, İsrail Vaşinqtona “xəstəxanaları tərk edən insanlar üçün təxliyə yolları olduğunu və bu, davam edəcək” deyib.

“Xəstəxanalar qorunmalı və effektiv fəaliyyət göstərə bilməlidir. İnsanların bir xəstəxanadan digərinə daşınması zamanı tibbi yardımın davamlılığını, eləcə də evakuasiya yollarının təhlükəsizliyini təmin etmək lazımdır”, – deyə Sallivan bildirib.

“Biz xəstələrin və xəstəxanaların qorunmasını istəyirik”, – deyə o qeyd edib.

Gununsesi.info