
İsrail ordusu Qəzzaya doğru quruda hərbi əməliyyatlara başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda qeyd olunur ki, əməliyyatlarda İsrail Hərbi Hava Qüvvələri də iştirak edir.
Qeyd edək ki, son bir neçə gün ərzində Qəzzadan İsrail ərazisinə təxminən 1750 raket atılıb. Bunun nəticəsində 6 İsrail vətəndaşı həlak olub. Cavab zərbələri isə 103 fələstinlinin həyatına son qoyub.
Gununsesi.info