
İsmayıllıda yol qəzası olub.
Gununsesi.info bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Gununsesi.info