Gürcüstandan Azərbaycan və Ermənistana danışıqlar təklifi

Gürcüstan Tbilisinin Ermənistan və Azərbaycan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır.

Gununsesi.info Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizəd İliya Darçiaşvili deyib.

Siyasətçi qeyd edib ki, Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm addımlar atıb.

“Bölgədə sülh və sabitliyin təşviqi baxımından Gürcüstan Sülh Qonşuluq Təşəbbüsünün başlaması ilə mühüm addım atdı. Bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq”, – deyə o əlavə edib.

“Biz istəyirik ki, Tiflis gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın yaradılmasına kömək edəcək istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir məkana çevrilsin”, – deyə Darçiaşvili bildirib.