İranla müharibə başlayır?

“Tehranın mümkün nüvə silahını inkişaf etdirməsi fonunda Birləşmiş Ştatlar çətin ki, İrana hərbi müdaxilə barədə qərar versin. Lakin Vaşinqton regionu sabotaj etməyə cəhd edə bilər”. 

Gununsesi.info xəbər verir ki, bunu “Lenta.ru”-ya müsahibəsində Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Konstantin Bloxin deyib.

HTML tutorial

“İran gərginlik ocağıdır, onun ABŞ-la mümkün münaqişəsi yarım əsrdən çoxdur danışılır. Bununla belə, amerikalılar başa düşürlər ki, bu regionda iştirakın qiyməti onlar üçün baha olacaq, xüsusən də arxalarında Əfqanıstan və İraq olduğuna görə”, – deyə ekspert bildirib.

O qeyd edib ki, qısamüddətli perspektivdə Vaşinqtonun Tehrana növbəti təsir cəhdləri “sərt bəyanatlarla” məhdudlaşacaq. O, ABŞ-ın İrana qarşı məqsədyönlü hərbi təxribatının mümkünlüyünü etiraf edib:

“İstisna etmirəm ki, ABŞ İsraillə birlikdə hansısa qabaqlayıcı tədbirlər görə bilər, birbaşa hərbi müdaxilə yox, məsələn, mühüm infrastruktur obyektlərinə zərbə, başqa heç nə. İndilik bunu etməyə cəsarət etmələri fakt deyil”.

Bloxin izah edib ki, hazırda ABŞ hərbi qüvvələri Rusiya və Çinlə bağlı münaqişələrdə cəmləşib:

“Bu gün ABŞ üçün əsas başağrısı Rusiya və Çindir. Düşünürəm ki, onlar İrana qarşı heç bir hərbi müdaxilə etməyəcəklər, onların nöqteyi-nəzərindən bu, diqqəti yayındırmaq və öz resurslarını dağıtmaq olardı”.

İsrailin müdafiə naziri Yoav Qalant mayın 4-də bildirib ki, İran artıq beş nüvə bombası istehsal etmək üçün kifayət qədər 20% və 60% zənginləşdirilmiş urana malikdir:

“Tehran bir nüvə bombası ilə kifayətlənməyəcək və gələcəkdə vəziyyət regionu alovlandıra bilər. İsrail İrandan nüvə silahının çıxmasının qarşısını almaq üçün əlində olan hər vasitədən istifadə edəcək və beynəlxalq ictimaiyyətdən də bunu gözləyir”.

Daha sonra ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri cek Sullivan deyib ki, İran nüvə silahı əldə etməyə cəhd edərsə, Birləşmiş Ştatlar İsrailin fəaliyyət azadlığı hüququnu tanıyacaq. Onun sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı Tehrana mövqeyini açıqlayıb:

“Prezident Co Baydenin dəfələrlə təsdiq etdiyi kimi, o, bu bəyanatı dəstəkləmək üçün lazım olan tədbirləri görəcək, o cümlədən İsrailin fəaliyyət azadlığını tanıyacaq”. 

Gununsesi.info