İran Türkiyəyə qarşı - TƏXRİBATA HAZIRLAŞIR

İranın paytaxtı Tehranda qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı yürüş keçiriləcək.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə “Güney Azərbaycan” teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, yürüşdə İrandakı Erməni Apostol Kilsəsinin baş yepiskopu Sepuh Sərkisyanla yanaşı, Ermənistanın Tehrandakı səfiri və digər dövlət rəsmiləri də iştirak edəcək.

 

Bundan əlavə, yürüş iştirakçılarının Türkiyənin Tehrandakı səfirliyi önündə aksiya keçirəcəyi deyilir.

 

Şəbnəm

Gununsesi.info