İrandan Azərbaycanla bağlı mesaj: “Hava qüvvələri, müdafiə və təhlükəsizlik sahəsində əlaqələr genişləndiriləcək”

İrandan Azərbaycanla bağlı mesaj: “Hava qüvvələri, müdafiə və təhlükəsizlik sahəsində əlaqələr genişləndiriləcək”

“İranla Azərbaycanın hərbi hava qüvvələri arasındakı əlaqələrin gücləndirilməsini prioritet istiqamətlərdən sayırıq”.

Gununsesi.org–un məlumatına görə bunu İranın Silahlı Qüvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə deyib.

Görüşdə tərəflər əlaqələrin inkişafının müxtəlif aspektlərini, xüsusilə təhlükəsizlik və müdafiə sferasını nəzərdən keçiriblər.

Şahin Mustafayev qeyd edib ki, M.Baqerinin Azərbaycana sonuncu səfəri qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində dönüş nöqtəsidir.

Qeyd edək ki, M.Baqeri 2019-cu ilin yanvarında Azərbaycana səfərə gəlmişdi.

Xəbər Median.Az saytında dərc edilib.

Gununsesi.org

COMMENTS