İranda zəlzələ oldu, Naxçıvanda da hiss edildi

  • By ilhame
  • 21 Sentyabr 2023 19:41

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.b.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranın Xoy şəhərində  zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 4 km olub.

Gununsesi.info