İranda son sutkada daha 120 nəfər pandemiyanın qurbanı oldu

İranda son sutkada daha 120 nəfər pandemiyanın qurbanı oldu

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 185 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2612 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 195 051 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 154 812 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 789 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xatırladaq ki, ötən gün İranda koronavirusdan 115 nəfər ölüb.

 

Gununsesi.org

COMMENTS