İran səfiri ölkədən çıxarılıb

  • By Admin2
  • 27 Avqust 2025 14:01

Avstraliya ötən il ölkədəki yəhudi institutlarına qarşı hücumlarda İranı günahlandırıb. İran səfiri Sadeqi persona non-qrata elan edilib və sonra deportasiya edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese İran səfiri Əhməd Sadeqi və daha üç İran rəsmisinin ölkədən çıxarıldığını açıqlayıb.

Albanese, keçən il Melburndakı sinaqoqu və Sidneydəki koşer bazarını hədəf alan yanğınların arxasında İran hökumətinin olduğunu göstərən “etibarlı kəşfiyyat” aldığını bildirib.

Avstraliya Milli Təhlükəsizlik Agentliyinin baş direktoru da hücumların İran tərəfindən muzdlu şəxslər tərəfindən həyata keçirildiyini bəyan edib.

Qərardan sonra Avstraliyanın Tehrandakı səfirliyində bütün fəaliyyətlər dayandırılıb və İrandakı bütün avstraliyalı diplomatların ölkəni tərk etdikləri açıqlanıb.

İranın xarici işlər naziri Abbas Araqçi hücumlarda iştirakının olmadığını bildirib.

Orxan

Gununsesi.info