İran girovlarla bağlı HƏMAS-la danışıb – Bu ölkənin vətəndaşlarından başqa…

İran İsrail vətəndaşı olmayan girovlarla bağlı HƏMAS ilə danışıqlar apardığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani İsrail vətəndaşı olmayan girovların azad edilməsi ilə bağlı Həmas ilə danışıqlar apardıqlarını bildirib.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Kənani həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb. “Vətəndaşları girovlar arasında olan bəzi ölkələrin tələbləri ilə Həmas İsrail vətəndaşı olmayan və münaqişə tərəfi olmayan girovlarla bağlı İranla görüşdü. Həmasdan müsbət vədlər aldıq”.

Kənani “Hizbullah”ın müharibəyə qatılma ehtimalı ilə bağlı suala “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın cümə günü edəcəyi gözlənilən çıxışa işarə edərək, “Mən də Nəsrullahın çıxışını gözləyirəm” deyib.

Gununsesi.info