
Rəsmi Tehran Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlığı dayandırır.
Gununsesi.info xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
Məlumata əsasən, İran bu addımı Avropa Birliyinin sanksiyalarına cavab olaraq atıb.
Tərəflər arasında əməkdaşlığın dayandırıldığı sahələr terrorizmlə mübarizə, insan haqları, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qaçqınlarla bağlı problemləri əhatə edir.
Gununsesi.info