“ABŞ-ın diplomatik təzyiqləri, İranın Amerika nümayəndələri ilə aparılmış danışıqlarının nəticə vermədiyi ortadadır. Belə görüşlərlə İran vaxt udmağa cəhd edir”.
Gununsesi.info bildirir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Bu ölkə vaxtı uzatmaqla manevr imkanlarını genişləndirməyə, əzələ nümayişini göstərməyə çalışır. Görünür ABŞ döyüşlərə başlamağa, hərbi müdaxiləyə hələki hazır deyil. Birsözlə İran ətrafında gərginlik artmaqda davam edir
Cənub qonşumuzun reallığı dərk etmədiyi və ümumiyyətlə, bu ölkədəki mühafizəkar qanadın hadisələri düzgün təhlil edəcək təfəkkürdə olmadığı bəllidir. Bölgəni qan çanağına çevirməklə, hətta qonşu dövlətlərə təhdidlərini artırmaqla öz dövlət müqədərratlarını qoruyacaqları inandırıcı deyil. Dünyanın bir nömrəli güc mərkəzi ilə İranın çilingağac oynaması uzun müddət davam etməz. ABŞ prezidenti Donald Trampdan gözlənilməz addımlar gözləmək mümkündür”.
O qeyd edib ki, əgər hərbi müdaxilə əmri gerçəkləşərsə o zaman bölgədəki vəziyyətin sonunu təsəvvür etmək çətin olacaq:
“İran ya tövbə edib, reallığı dərk edərək geri addım atacaq. Digər yol yenə israrlı olaraq düşmən axtarışına çaxacaqsa, o zaman öz kitabını birdəfəlik bağlayacaq”.
Şəbnəm











