İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.

Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.

Etirazın təşəbbüskarlarından biri “Sasna tsrer” yaraqlılarıdır.

Gununsesi.org 

COMMENTS