İrəvanda partlayış - Ölən var

Ermənistanın paytaxtı İrəvan şəhərində fəaliyyət göstərən elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan “Vellar Qrup”da partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər öldüyü bildirilib. Eyni zamanda, xəsarət alanların olduğu qeyd edilib.

Gununsesi.info