
Ukraynanın cəbhədə hər gün 100-dən 200-ə qədər hərbçisi həlak olur, 500-ə yaxını isə yaralanır.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib.
M.Podolyak qeyd edib ki, Ukrayna hərbçilərinin itkiləri hər gün 100-200 nəfər təşkil edir. Onun sözlərinə görə, bu, ölən hərbçilərin sayı ilə bağlı ən yüksək göstəricidir.
Qeyd edək ki, iyunun 9-da Ukraynanın müdafiə naziri Oleksiy Reznikov cəbhədə vəziyyətin ağır olduğunu bəyan edib. Onun sözlərinə görə, Kiyev hər gün yüzə qədər hərbçi itirir, 500-ə qədəri isə yaralanır.
Gununsesi.info