Tokayev parlamentə SÖZ VERDİ: "KTMT 10 günə ölkəni tərk edəcək"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəni tərk etməsi prosesinin iki gün sonra başlayacağını və 10 gündən çox çəkməyəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti bu gün parlamentdə deputatlar qarşısında çıxışı zamanı qeyd edib.

O bildirib ki, “KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. İki gün sonra KTMT birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması prosesi başlayacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək”, – deyə prezident bildirib.

Gununsesi.info