İki Avropa ölkəsindən Şengen anlaşması

Rumıniya və Bolqarıstanın Avstriya ilə bu ölkələrin hava və dəniz yolu ilə Şengen zonasına qoşulması üçün prinsipial razılığa gəldiyi açıqlanıb.

Gununsesi.info bildirir ki, Bolqarıstan Xəbər Agentliyinin (BTA) məlumatına görə, baş nazir Nikolay Denkov Avstriya ilə aparılan danışıqlar nəticəsində iki ölkənin Şengen zonasının hava və dəniz yolu ilə iştirakına dair prinsipial razılığa gəldiyini bildirib.

O, quru sərhədləri ilə üzvlüklə bağlı danışıqların davam etdiriləcəyini açıqlayıb.

“12 ildən sonra Şengen məsələsində böyük irəliləyiş əldə olunmadan bu gün biz Bolqarıstanın bu danılmaz uğuru münasibətilə özümüzü təbrik edə bilərik”, – Denkov bildirib.

Rumıniyanın baş naziri Marçel Çolaku Facebook hesabında etdiyi paylaşımda ölkəsinin 13 ildən sonra Şengenə daxil ediləcəyini açıqlayıb və gələn ilin mart ayından etibarən hava və dəniz yolu ilə “Şengen bölgəsinin üstünlüklərindən faydalanacaqlarını” bildirib.

Çolaku ölkəsinin cənub-şərqindəki Konstansa Limanının əhəmiyyətinin artacağı mesajını verib. “Quru sərhədi üçün danışıqları 2024-cü ildə tamamlayacağımıza da inanıram”, – deyə o bildirib.

Bolqarıstan, Rumıniya və İrlandiya, habelə İslandiya, Norveç və İsveçrə istisna olmaqla, Avropa Birliyi ölkələrinin daxil olduğu Şengen zonasında sərhəd nəzarəti yoxdur.

Gununsesi.info