Məktəblilərin olduğu avtobus su anbarına düşüb.
Gununsesi.org-un “RİA Novosti”yə istinadla məlumatına görə, qorxunc qəza Çinin Quyçjou vilayətində baş verib.
Bildirilir ki, naməlum səbəbdən avtobus qəfildən qarşı zolağa keçib, yolun kənarındakı hasarı dağıdıb və su anbarına düşüb.
Məlumata görə, azı 21 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis araşdırmalara başlayıb.
Gununsesi.org
COMMENTS