
“Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır. Amma bu dalğa uzunmüddətli olmayacaq”.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin İnstagram-dakı səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacaq, buna görə karantin qaydalarına riayət edilməli və maskalardan istifadə edilməlidir.
Qeyd edək ki, son həftələrdə Azərbaycanda koronavirusa yoluxma səviyyəsi 7-8 dəfə artsa da, gündəlik yoluxma sayı 250 nəfər təşkil edib.
Afət Abbasova
Gununsesi.info