
Türkiyədə PKK Terror Təşkilatı ilə əlaqəsi ilə bilinən HDP-ninhəbsdə olan başçısı Səlahətdin Dəmirtaş özünün sosial media hesabında CHP (Cümhuriyyət Halk partisi) sədri Kamal bəy Kılıçdaroğluna dəstək verən mesaj paylaşıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, HDP (Halkların Demokrasisi Partisi) sədri öz paylaşımında “Yürü, bay Kemal” yazaraq onun namizədliyinə dəstək olmağa bənzər yazı yazıb.
Dəmirtaş Türkiyənin bir an öncə seçkilərə getməsinin gərəkliliyini bildirərək bu yazını paylaşıb:
“Yürü, Əmək və Azadlıq İttifaqı!
Yürü Sosialist Güc Birliyi!
Yürü Millət İttifaqı!
Yürü bay Kamal”
Yan-yana yürüyün
Birləşdirin, barışdırın və yenidən inşa edək, yıxılan bu ölkəni!
Başqa çarəmiz yoxdur, bacaracağıq!
Tərcümə: Arzu Sayadoğlu