
ABŞ-da bir kişi ac qaldığı üçün lotereyada bir milyon dollar məbləğində pul udub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Karolina ştatının Linkolnton şəhərindən olan Franklin Bracey udduğu bileti martın 22-si əldə edib.
Belə ki, o, yanacaqdoldurma məntəqələrinini birində yerləşən kafedən hot-dog yeməyə qərar verir. Yeməklə yanaşı, o, “50X The Cash” tirajından 10 dollara bilet alır.
Bracey maşına minərək biletin üzərindəki qızılı zolağı silib və milyonlar qazandığının şahidi olur.
“Mən sadəcə şokda idim. Maşında bileti yoxladım. Düşündüm ki, ola bilməz”-deyə o sevinc hisslərini bölüşüb.
Həmçinin o, bildirib ki, əvvəllər lotereya oynasa da, lakin 100 dollardan çox udmayıb.
Şəbnəm
Gununsesi.info