
Britaniyanın telekommunikasiya nəhəngi Vodafone-un Alman bölməsi yenidən strukturlaşma çərçivəsində 2000-ə yaxın insanı ixtisar edəcək.
Gununsesi.info-nun alman mediasına istinadən verdiyi xəbərə görə, Vodafone Almaniya bu planla yaxın iki ildə təxminən 400 milyon avro (434,48 milyon dollar) qənaət etməyi hədəflədiyini açıqlayıb.
Vodafone-un ixtisar planı təxminən bir il əvvəl elan edilmiş xərclərin azaldılması planlarının bir hissəsidir və bu, bütün dünyada təxminən 11,000 iş yerinin ixtisarına səbəb olacaq.
Afət
Gununsesi.info