
Xəbər verdiyimiz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi “Nardaran İşi” ilə bağlı həbs edilən şəxslərin şikayəti üzrə qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarında həmin şəxslərin həbs olunarkən işgəncələrə məruz qalmazı və ədalətli məhkəmə araşdırması hüququndan məhrum ediləməsi göstərilib.
Qeyd edək ki, Azərbaycan hökuməti Avropa Məhkəmədi ilə iş üzrə kommunikasiya mərhələsində işgəncə faktlarını etiraf edib.
Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti həmin şəxslərin hər birinə 8 min avro ödəyəcək.
Gununsesi.info bununla bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevlə əlaqə qurduq. O, bu barədə suala cavabında bildirib ki, nazirlik bununla bağlı hər hansısa şərh vermək istəmir.
Arzu S.