Hikmət Cavadov Ukrayna vətəndaşlığı aldı

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov Ukrayna vətəndaşlığı alıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə məlumatı öz feysbuk hesabında paylaşıb.

HTML tutorial

H. Cavadov paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkürünü də bildirib:

“Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk etsələr də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün Prezident Volodımır Zelenskiyə minnətdaram”.

Gununsesi.info