“Heydər Əliyev bu mövzuda mütləq Dəmirəllə görüşməyimi istədi”- Eldar Həsənov Türkiyə mediasına yazdı

“Heydər Əliyev bu mövzuda mütləq Dəmirəllə görüşməyimi istədi”

Azərbaycanın sabiq Baş prokuroru, ölkəmizin Serbiya, Bosniya-Hersoqovina və Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Türkiyənin məşhur “Yeni Şafak” qəzetində (həmçinin eyni adlı saytında) geniş məqalə ilə çıxış edib.

Gununsesi.org xəbər verir ki, “Hər kəs Dəmirəlin Azərbaycanı dəstəklədiyi büyük layihələrini xatırlayır” adlı məqaləsində E.Həsənov Türkiyənin 9-cu Prezidenti mərhum Süleyman Dəmirəllə keçirdiyi görüşlər, ötən əsrin 90-cı illərinin ictimai-siyasi təbəddülatları fonunda Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında qardaşlıq və strateji əməkdaşlığın möhkəmləndirilməsində Heydər Əliyev-Süleyman Dəmirəl şəxsi münasibətlərinin rolu və digər maraqlı məsələlərə toxunub, bir sıra tarixi məqamlara aydınlıq gətirib.

Məqalə ilə buradan tanış olmaq mümkündür:

https://www.yenisafak.com/hayat/herkes-demirelin-azerbaycani-destekledigi-buyuk-projeleri-hatirliyor-3544848

 

 

Gununsesi.org

COMMENTS