Havada toz müşahidə olunur

Hazırda Bakı və Abşeron yarımadasının atmosfer havasında meteoroloji şəraitlə əlaqədar lokal xarakterli toz müşahidə olunur.

Bu məlumatı Gununsesi.info-ya açıqlamasında Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva verib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.1 dəfə artıqdır.

“Küləkli hava şəraiti ilə əlaqədar müşahidə olunan toz lokal xarakter daşıyır”, – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb küləyi avqustun 22-si günün ikinci yarısında zəifləyəcək.

Gununsesi.info