Hakim: “Şikayətin var, prokurorluğa et”

  • By admin
  • 30 İyul 2025 18:28

Bakı Apellyasiya Məhkəməsində Türkiyədə tutularaq Azərbaycana gətirilən və 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən alim Fazil Qasımovun məhkəməsi keçirilib.

 

Gununsesi.info-nun xəbərinə görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prsesdə çıxış edən Fazil Qasımov Umbakı Penitensiar Müsəssisəsində məhkəməyə gətirmək istədiyi qeydlərinin əlindən alındığını deyib.

O, bildirib ki, buna etiraz edərkən , təzyiqlə üzləşib.

Məhkəmənin olaya müdaxilə etməsini istəyən Fazil Qasımova hakim Aqil Musayevin cavabı belə olub: “Hansısa təzyiqlə, zorakılıqla üzləşmisənsə, məhkəməyə deyil, prokurorluğa şikayət edə bilərsən”.

 

Gununsesi.info