Hadrutda 8 erməni hərbçinin cəsədi tapıldı

  • By admin
  • 12 İyun 2021 18:28

Bu gün Qarabağda aparılan axtarışlar nəticəsində daha 8 erməni hərbçinin cəsədi tapılıb.

Gununsesi.info  erməni  KİV-lərinə  istinadən xəbər verir kiŞ cəsədlərin qalıqları Hadrutda aşkar edilib. Onların kimliyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində – 13 noyabrdan bəri 1576 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Gununsesi.info