Göygöldə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

  • By admin
  • 13 İyun 2021 09:25

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları
rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin
edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gununsesi.info-ya
verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma
qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən
nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici
söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri
barəsində inzibati protokollar tərtib olunub.

Gununsesi.info