Hacıqabulda ağır yol qəzası: 5 nəfər xəsarət alıb

  • By ilhame
  • 29 Sentyabr 2023 15:59

Hacıqabulda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.info  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info