Hərbi xidmətdə olan müəllim namizədlərə – güzəşt ediləcək

  • By turana
  • 08 Dekabr 2020 20:00

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslərə güzəşt edir.

Gununsesi.info xəbər verir ki, hərbi xidmətdə olduğu üçün hazırkı müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək.

 

Gununsesi.info