“Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir” Ömər Çelik:

  • By turana
  • 08 Dekabr 2020 20:28

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

“9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır.

Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə olacaq”, – deyə Ö.Çelik bildirib.

 

Gununsesi.info