Hərbi helikopter qəzası – 5 nəfər öldü

Kubada hərbi helikopter qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, ada dövlətinin şərqində yerləşən Olqin əyalətinin Quantanamo məntəqəsinə uçan helikopter naməlum səbəblərdən qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan 5 heyət üzvü ölüb.

Kuba Müdafiə Nazirliyinin hadisənin araşdırılması məqsədilə komissiyasıyaradıldığını bildirib.

Gununsesi.info