“Hər zaman döyüşə getməyə hazıram” –Olimpiya mükafatçısı

“Hər zaman döyüşə getməyə hazıram” –

Azərbaycan boksçusu Kamran Şahsuvarlı könüllü olaraq orduya yazılıb. 

Gununsesi.org bildirir ki, bu barədə “Report”a 28 yaşlı idmançının özü məlumat verib. 75 kq çəki dərəcəsində çıxış edən olimpiya mükafatçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə yaxınlaşdığını bildirib. 

Şahsuvarlı hər zaman müharibəyə getməyə hazır olduğunu söyləyib: “Öz fikirimlə getdim və qeydiyyata düşdüm. Mən bunu heç bir sosial şəbəkədə paylaşmamışdım. Səfərbərlik olacağı təqdirdə hər zaman döyüşə getməyə hazıram”. 

Qeyd edək ki, Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.  

Gununsesi.org

COMMENTS