
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov potensial cinayətkar haqqında məlumat verdiyinə görə Kampbell Şəhər Polis İdarəsindən xüsusi mükafat alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi açıqlama yayıb.
Bu münasibətlə Fərruxu təbrik edən səfirlik daha sonra bildirib:
Polis, Fərrux Məmmədovun zənginin yüzlərlə insanın həyatını xilas etdiyini güman edir. Bu, ABŞ polisinin layiqincə qəhrəman adlandırdığı Fərruxun sayəsində baş verib”.
Gununsesi.info