Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarətində tibbi təminat məqsədilə dronlardan istifadə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşri məlumat yayıb.
Dronların istifadə edilməsində məqsəd yardımı sürətləndirmək və Həcc ziyarəti dövründə onsuz da yüklənmiş olan yolların yükünün azaltmaqdır.
Qeyd edək ki, bu il Həcc ziyarəti Fars körfəzi bölgəsində vəziyyətin kəskinləşməsi səbəbi ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Ziyarətdə 1,7 milyon müsəlman zəvvarın iştirak etdiyi bildirilir.












