
Gürcüstan hökuməti Prezidentin ölkədən çıxışına qadağa qoyub. Avropa Parlamentində çıxış etməyə gedirdi.
Ölkə Prezidenti Salome Zurabişvilinin Brüsselə səfəri ilə bağlı hökumətə edilən müraciətə cavab verilmir.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident administrasiyası məlumat yayıb. Məlumata əsasən, administrasiya sözügedən məsələ ilə bağlı hökumətə aprelin 27-də müraciət ünvanlayıb. Bildirilir ki, Prezident Salome Zurabişvilinin 31 may tarixində Brüsselə səfəri baş tutmalıdır. Açıqlamada, həmçinin hökumət tənqid edilərək deyilir: “Mayın 15-də Putinin birbaşa uçuşların bərpası ilə bağlı fərmanı qüvvəyə minib. Mayın 15-də isə Gürcüstan hökuməti dərhal razılıq verib”. Məlumat üçün bildirək ki, bundan əvvəl də Salome Zurabişvilinin Avropa Parlamentində çıxışı üçün müraciətinə cavab verilməyib və onun səfəri təxirə salınıb.