
İranda koronavirusun yeni “Omicron” ştamına ilk yoluxma halı qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya açıqlayıb.
Onun sözlərinə görə, yeni ştama yoluxmuş kişi bu yaxınlarda qonşu ölkələrin birindən İrana qayıdıb. O, söhbətin hansı qonşu ölkədən getdiyini bildirməyib.
Qeyd edək ki, “Omicron” ştamı 90-a yaxın ölkədə aşkar olunub.
Gununsesi.info