Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliyə münasibət bildirib.
Gununsesi.org bildirir ki, Gürcüstanın prezident Administrasiyasının bəyanatında Zurabişvilinin baş verənlərə görə narahatlığı əks olunub. Bəyanatda deyilir:
“Bu gün biz görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca vacibdir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”.
Gununsesi.org
COMMENTS