Uzun müddətdir ki, Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya deportasiya edilir.
Gununsesi.info bildirir ki, dünən Tblisidə yaşayan jurnalist gecə saatlarında məhkəməyə çıxarılıb.
Məhkəmə onun Azərbaycana deportasiya edilməsi barədə vəsatəti təmin edib.
Yaxınları bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir neçə ay əvvəl Əfqan Sadıqovun Azərbaycana deportasiya edilməsini qadağan edən qərar vermişdi.








