
Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.
Gununsesi.info -nun Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes”, “Vaz- 21015” və “Volksvagen” markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info