Göyçayda həbs olunan fəal ev dustaqlığına çıxmaq istəyir

  • By ilhame
  • 06 Noyabr 2023 20:22

Göyçay rayonunda həbsdə olan fəal Taleh Xasməmmədov ev dustaqlığına buraxılması üçün vəsatət qaldırıb.

Bu barədə Gununsesi.info-ya onun ailə üzvləri bildirib.
Onların sözlərinə görə Taleh Xasməmmədovun vəsatətində onun səhhətinin pis olması və himayəsində az yaşlı övladlarının olması göstərilib.
Qeyd edək ki, bir müddət əvvəl Göyçay Rayon Polis şöbəsi tərəfindən həbs edilən Taleh Xasməmmədov xuliqanlıqda ittiham olunur.

Gununsesi.info