Goranboyda tövlə yanıb, 230 baş xırda buynuzlu heyvan tələf olub

  • By ilhame
  • 14 Mart 2024 21:36

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın olub.

 

Gununsesi.info-nun məlumatına görə, M.Məmmədova məxsus təsərrüfatda olan tövlə yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr sahəsi olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub.

 

Təsərrüfat sahibinə xeyli zərər dəyib.

 

Yanğının səbəbləri araşdırılır.

Gununsesi.info