General Muradov Koçaryanın nümayəndələri ilə görüşdü

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Yerevanda Robert Koçaryanın nümayəndələri ilə görüşüb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş şəhər kafelərindən birində baş tutub.

Görüşdə “Artsaxbank”ın sahibi Artak Balayan və iş. Adamı Armen Balayan iştirak edib. Danışıqlar 1 saatdan çox davam etdiyi xəbər verilir.