Gənc rejissor və operator vəfat etdi

Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.

O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.

1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.

Gununsesi.info